Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşüblər - VİDEO

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Orxan Zeynalovla görüşüblər - <span style="color: red;">VİDEO
# 06 noyabr 2013 14:18 (UTC +04:00)

APA-nın xəbərinə görə, səfirlikdən bildiriblər ki, görüş Rusiya XİN-ə verilən nota və Rusiya İstintaq Komitəsinə müraciət əsasında baş tutub.

Səfirliyin əməkdaşları O. Zeynalovla söhbət ediblər və onu istintaqın gedişi və cari vəziyyətlə tanış ediblər. O. Zeynalov qeyd edib ki, təcridxanada onunla normal rəftar edilir və saxlanma şəraitindən narazılığı yoxdur. Daha sonra söhbətə vəkil Viktor Anikuşkin də qoşulub. Diplomatlar istintaqın və məhkəmənin obyektiv aparılmasını təmin etmək üçün vəkillə sıx əməkdaşlıq etməsinin zəruriliyini O. Zeynalovun nəzərinə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR