«PAŞA Həyat» sığorta şirkəti jurnalistlər treninq keçirib

«PAŞA Həyat» sığorta şirkəti jurnalistlər treninq keçirib
# 25 noyabr 2013 12:20 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «PAŞA Həyat» sığorta şirkəti tərəfindən jurnalistlər üçün «Sığorta və sığorta mədəniyyəti» mövzusunda noyabrın 21-22-də keçirilən təlim başa çatıb. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən «APA-Economics»ə verilən məlumata görə, 10-a yaxın jurnalistin iştirak etdiyi təlimdə sığorta haqqında ümumi məlumatlar, o cümlədən sığortanın normativ bazası, sığorta müqavilələrinin hazırlanması, sığorta riskləri, təkrarsığorta, sığorta şirkətinin korporativ strukturu və dünya sığorta bazarının vəziyyəti haqqında geniş məlumat verilib.

Təlim zamanı Azərbaycan, həmçinin dünya sığorta bazarının inkişafının mövcud durumu ilə bağlı geniş müzakirələr aparılıb, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb. Təlimin sonunda jurnalistlərə müvafiq sertifikatlar təqdim edilib.

Qeyd edək ki, bu təlimin əsas məqsədi iqtisadiyyat, o cümlədən maliyyə sahəsində yazan jurnalistlərin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik və bacarıqlarını daha da artırmaq olub.

«PAŞA Həyat» həmçinin 2013-cü ilin iyul ayından başlayaraq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ödənişsiz təlimlər keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR