İran prezidenti Çinə səfər edəcək

İran prezidenti Çinə səfər edəcək
# 29 aprel 2014 08:05 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran prezidenti Çinə səfər edəcək.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, Həsən Ruhani mayın 20-21-də Şanxay şəhərində keçirilməsi planlaşdırılan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) iştirakçı dövlət və hökumət başçılarının dördüncü zirvə toplantısında iştirak edəcək.

İran prezidentinin səfər çərçivəsində tədbirdə çıxış edəcəyi, Rusiya prezidenti Vladimir Putin, Çin Xalq Respublikasının prezidenti Şi Jin Ping və Mərkəzi Asiya ölkələrinin bir sıra dövlət başçıları ilə görüşlər keçirəcəyi bildirilir. H.Ruhaninin Çinə səfəri mayın 20-nə planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR