Balakəndə yanğın olub

 Balakəndə yanğın olub
# 16 noyabr 2013 07:11 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakən rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın rayonun Meşəşanbul kəndində, Mahmadibir Əhma oğlu Qantayevin yaşadığı evin həyətyanı sahəsində tikilmiş ümumi sahəsi 168 kv. metr olan birmərtəbəli 4 otaqdan ibarət yardımçı tikilidə baş verib.

Hadisə yerinə FHN-in Balakən rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində M.Qantayevə məxsus yardımçı tikilinin 128 kv. m sahəsində yanar konstruksiyalar və içərisindəki əşyalar yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahibi M.Qantayev əlindən yanıq xəsarəti alıb. Ona Balakən Mərkəzi Rayon Xəstəxanasında ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Faktla bağlı FHN-in Balakən rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR