Azərbaycan Silahlı Qüvvələri Günü Vaşinqtonda qeyd olunub - FOTO

Azərbaycan Silahlı Qüvvələri Günü Vaşinqtonda qeyd olunub - <span style="color: red;">FOTO
# 26 iyun 2014 00:43 (UTC +04:00)

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, ziyafətə ABŞ Müdafiə Departamentinin rəsmi səlahiyyətliləri, ABŞ Ordusu, Hərbi Hava, Hərbi Dəniz, Dəniz Piyadası, Milli Qvardiya və Sahil Mühafizəsi Qüvvələrinin nümayəndələri, Vaşinqtonda akkreditə olunmuş ölkələrin Müdafiə, Ordu, Hərbi Hava və Hərbi Dəniz Attaşeləri, ABŞ-ın Müdafiə Kəşfiyyatı Agentliyi və ABŞ Müdafiə Departamentinin müxtəlif təşkilat və xidmətlərinin nümayəndələri iştirak ediblər.

Tədbirin rəsmi açılış hissəsində hər iki ölkənin himni ifa olunduqdan sonra Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və Hərbi Attaşesi polkovnik Ağaverdi Quliyev qonaqları salamlayaraq, Silahlı Qüvvələrin yaranması tarixi, inkişaf yolu, beynəlxalq hərbi əməliyyatlarda iştirakı və ordunun cəmiyyətdə rolu barədə məlumat veriblər.

Səfir Elin Süleymanov regionun üzləşdiyi təhlükəsizlik təhdidlərini qonaqlara xatırladaraq, sülhə və əmin-amanlığa dayaq olan silahlı qüvvələrin rolunu vurğulayıb. O, xüsusilə qeyd edib ki, Azərbaycan üzləşdiyi təhlükəsizlik problemlərinə baxmayaraq, bu gün müxtəlif dövlətlərlə birlikdə Əfqanıstan, İraq kimi ölkələrdə sabitliyə öz töhfəsini verir və gələcəkdə də həm regionda, həm də dünyanın digər yerlərində bu töhfənin davam etdirilməsi məqsədilə müdafiə və təhlükəsizlik sahəsində dünya ölkələri ilə əməkdaşlığa önəm verəcək.

Ziyafət zamanı Azərbaycan və onun Silahlı Qüvvələri barədə video materiallar nümayiş etdirilib və Azərbaycan bəstəkarlarının seçilmiş musiqi əsərləri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR