Azərbaycanda ISO/IEC 20000 standartının tətbiqi ilə bağlı təlimlər keçiriləcək

Azərbaycanda ISO/IEC 20000 standartının tətbiqi ilə bağlı təlimlər keçiriləcək
# 17 fevral 2014 07:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə ISO/IEC 20000 «Information technology - Service management» standartının tətbiqi istiqamətində təlimlər keçiriləcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, müasir informasiya texnologiyaları sahəsinin ən önəmli və daim yenilənməyə yönəldilmiş sistemlərdən biri informasiya texnologiyaları idarəetmə sistemidir və bu sistemi tənzimləyən ISO/IEC 20000 «Information technology - Service management» beynəlxalq standartlar toplusudur. ISO/IEC 20000 standartı informasiya texnologiyaları (İT) xidmətlərinin idarə edilməsi üzrə əsas amilləri, onun müəssisələrdə dəstəklənməsiNİ və həyata keçirilməsi istiqamətində tələb olunan məsuliyyəti ətraflı təsvir edir, biznesin tələblərinə uyğun olan və rəhbərliyin tam nəzarəti altında keyfiyyətli İT xidmətlərinin göstərilməsi istiqamətində məqsədli sistemin qurulmasını özündə cəmləşdirir.

Həmçinin, daxili və xarici müştərilərə İT xidmətlərinin göstərilməsi üzrə proseduraların aydın təsviri ISO/IEC 20000 standartında əksini tapır. Qeyd olunan standart İT İnfrastruktur Kitabxanasının (İTİL) ən uğurlu təcrübələri əsasında hazırlanıb. Standartın istifadəçiləri əsas fəaliyyət istiqaməti üçüncü tərəflərə (xidmət təşkilatları, sistem inteqratorları, proqram təminatı şirkətləri, hostinq şirkətləri, məlumat mərkəzləri, işə götürmə və s.) İT xidmətləri göstərən şirkətlər, fəaliyyəti İT xidmətlərinin keyfiyyətindən asılı olan iri təşkilatlardır (dövlət strukturları, telekommunikasiya, maliyyə strukturları və s.).

Bu ilin martın 3-5-də Dövlət Komitəsinin Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə BSİ-nin mütəxəssisi tərəfindən ISO/IEC 20000 «Information technology - Service management» standartının tətbiqi istiqamətində informasiya texnologiyaları idarəetmə sistemlərinin tətbiqi və daxili audit üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur. Təlimləri müvəffəqiyyətlə bitirən iştirakçılar ISO/IEC 20000 «Information technology - Service management» standartının tətbiqi üzrə daxili auditor biliklərinə yiyələnmələri barədə BSİ-nin rəsmi sertifikatı ilə təltif olunacaqlar.

Qeyd olunan təlimlərdə iştirak etmək istəyənlər fevralın 25-dək Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutuna müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR