Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü il yanvarın 1-nə 19 359,8 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 584,5 mln. manat və ya 15,4% çoxdur.
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ötən ilin dekabr ayında geniş mənada pul kütləsi 1 070,6 mln. manat və ya 5,9% artıb.
Qeyd edək ki, M3 aqreqatının strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.
Eyni zamanda, manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 628,4 mln. manat və ya 19,0% artaraq yanvarın 1-nə 16 434,8 mln. manata çatıb:
(mln.
|
01.01.2013 |
01.01.2014 |
M0 (nağd pullar) |
9 256,6 |
10 458,7 |
M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər) |
11 107,9 |
12 736,9 |
M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər) |
13 806,4 |
16 434,8 |
M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər) |
16 775,3 |
19 359,8 |
Azərbaycanda pul kütləsində nağdlaşma səviyyəsi bu ilin yanvarın 1-nə 63,6%-ə bərabər olub ki, bu da illik müqayisədə 3,5 faiz bəndi azdır.