Ombudsman Yunanıstan səfirini qəbul edib

Ombudsman Yunanıstan səfirini qəbul edib
# 19 may 2014 12:55 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Yunanıstanın ölkəmizdəki səfiri Dimitros G. Tsoungası qəbul edib.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində çoxşaxəli fəaliyyətini, dövlət orqanları, QHT-lər, vətəndaş cəmiyyəti ilə əməkdaşlığını, həmçinin ixtisaslaşmış beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və Avropa Birliyi ilə, xarici ölkələrdəki milli insan hüquqları institutları ilə qarşılıqlı əlaqələrini diqqətə çatdırıb, həmin əməkdaşlıq çərçivəsində təsisatın “Şərq Tərəfdaşlığı”, Tvinninq və TAİEX layihələrində fəal iştirak etdiyini birldirib.

Görüşdə habelə Ombudsman təsisatı ilə Yunanıstan arasında insan hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın daha da genişləndirilməsi və gələcəkdə birgə fəaliyyətin prioritet məsələləri barədə fikir mübadiləsi aparılıb.

Qonaq Azərbaycan Ombudsmanının insan hüquqları sahəsində fəaliyyətini yüksək dəyərləndirib, təsisatla əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, Müvəkkilə səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR