Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq

Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq
# 20 iyun 2013 09:07 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yaxın gələcəkdə Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanacaq.

APA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib ki, bu, dövlət qulluqçularının gələcəkdə inkişafına xidmət edən bir institut olacaq.

B.Xəlilov qeyd edib ki, bu qiymətləndirmə dövlət qulluqçularının gələcəkdə inkişafına, karyera yüksəlişinə xidmət edəcək: “Təbii, bu da çox çətin bir prosesdir. Bu prosesin formal keçməməsi üçün biz artıq 4 ildir hazırlıq işləri aparırıq. Hələ ki biz qaydaları tamamlayırıq. Bütün dövlət orqanlarını, o cümlədən beynəlxalq ekspertləri bu prosesə cəlb etmişik, onların bütün təklif və rəylərini almışıq. 1-2 aya biz o qaydaları təsdiq edəcəyik. Həmin qaydalarda bütün bu prosedur - necə, kim tərəfindən, hansı meyarlar üzrə, bu meyarlarda nəyin nəzərdə tutulması qeyd olunacaq. Biz artıq bunun bağlı bir çox təlimlər keçirmişik ki, gələcəkdə bu prosesin tətbiqinə başlayanda hansısa problemlə qarşılaşmayaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR