Bakının Binəqədi rayonunda qış mövsümü ilə əlaqədar xüsusi komissiyalar yaradılıb

Bakının Binəqədi rayonunda qış mövsümü ilə əlaqədar xüsusi komissiyalar yaradılıb
# 30 noyabr 2013 20:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bakının Binəqədi Rayonunda mənzil fondunun qış mövsümünə hazırlanması və binalarda tüstü və hava kanallarının vəziyyətininin araşdırılması məqsədi yerlərdə komissiyalar yaradılıb. Rayon İcra Hakimiyyətindən APA – ya verilən məlumata görə, mavi yanacaqdan istifadə qaydalarını pozmuş mənzillərin siyahısı dəqiqləşdirilib, qanuna müvafiq tədbir görülməsi üçün Rayon Qaz İstismar sahəsinə və eyni zamanda Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğın Nəzarəti İdarəsinə təqdim edilib.

Tüstü və hava kanalları tutulmuş mənzillərin siyahıları dəqiqləşdirilərək təmizlənməsi üçün müvafiq işlərinin həyata keçirilməsi məqsədilə Binəqədi Rayon MKTB tərəfindən bu ilin oktyabrın 22-də Azərbaycan Respublikası Yanğın Mühafizə Cəmiyyəti idarəsi ilə müqavilə bağlanıb. Komissiya tərəfindən 10125 mənzilin tüstü və hava kanallarına baxış keçirilib. 1762 mənzildə tutulmuş tüstü kanalları təmizlənmiş və hazırda işlər davam etdirilir.

Ümumiyyətlə bu il ərzində Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti-1646-ya daxil olmuş 267 müraciətdən 240 müraciət həllini tapıb, 20 müraciətə müvafiq izahatlar verilib. 7 müraciət hazırda icraatdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR