Soçidə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib - FOTO

Soçidə “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirilib - <span style="color: red;">FOTO
# 08 fevral 2014 23:12 (UTC +04:00)

APA-nın “AzərTAc”a istinadən verdiyi xəbərə görə, mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və AOK-un icraedici komitəsinin üzvü Spiros Kapralos iştirak ediblər.

AOK-un prezidenti Patrik Hikki mətbuat konfransını açaraq Bakıda birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə görüldüyünü diqqətə çatdırılıb. Azərbaycan prezidenti İlham Əliyev ilə görüşündən danışan Patrik Hikki birinci Avropa Oyunlarına hazırlıq işlərinin dövlətimizin başçısının nəzarəti altında aparıldığını vurğulayıb. O, birinci Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov birinci Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə aparıldığını vurğulayıb. Nazir dörd idman qurğusunun inşa edildiyini diqqətə çatdırıb. A.Rəhimov demişdir ki, hazırda Bakıda Olimpiya stadionunun, Su İdman Sarayının tikintisi davam edir. Bildirilmişdir ki, Gimnastika Mərkəzi bu yaxınlarda istifadəyə veriləcək.

Nazir nəqliyyat, idmançıların yerləşdirilməsi, iştirakçı ölkələrin nümayəndə heyətlərinin təhlükəsizliyinin təmin edilməsi, yarışların təşkili və digər məsələlərlə bağlı genişmiqyaslı işlərin görüldüyünü bildirib.

Sonra jurnalistlərin birinci Avropa Oyunlarında 2016-cı ildə Rio de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına lisenziya verilməsi, növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək ölkə, “Bakı-2015”ə hazırlıq prosesində könüllülərin iştirakı məsələləri barədə sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR