Qənirə Paşayeva Ramazan bayramı ilə bağlı ön cəbhədə yerləşən hərbi hissədə əsgərlərlə görüşüb - FOTO

Qənirə Paşayeva Ramazan bayramı ilə bağlı ön cəbhədə yerləşən hərbi hissədə əsgərlərlə görüşüb - <span style="color: red;">FOTO
# 10 avqust 2013 15:14 (UTC +04:00)

Bakı-APA. Millət vəkili Qənirə Paşayeva Ramazan bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüş keçirib.

APA-nın xəbərinə görə, əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva onları Ramazan bayramı münasibətilə təbrik edib. Ramazan ayının hikmətlərindən danışan millət vəkili Qənirə Paşayeva hər bir hərbçiyə dualarına çatmalarını diləyib. Qənirə Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır: “Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq”.

Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib. Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar təqdim edilib.

Sonra hərbi hissənin rəhbəri, polkovnik Mais Bərxudarov çıxış edib, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını deyib.

Sonda tədbir bədii hissə və əməkdar Artisti Elza Seyidcahan və gənc sənətçi Əbdül Xalidin iştirakı ilə konsert proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR