İstirahət günlərində respublika ərazisində 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb

İstirahət günlərində respublika ərazisində 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 23 iyun 2014 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Şənbə və bazar günlərində respublika ərazisində 3 nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyunun 21-də Xızı rayonu Giləzi qəsəbəsində Balabacı Atababayeva yaşadığı evin həyətində yıxılıb və başı divara dəydiyindən ölüb.

İyunun 21-də isə sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilən Mingəçevir şəhər sakini R.Salahova ölüb.

Daha bir hadisə iyunun 22-də Kürdəmir rayonunda baş verib. Rayonun Şilyan kəndinin sakini Məhbubə Abuşovanı evində elektrik cərəyanı vurması nəticəsində ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR