Milli Şuranın üzvü: “Vahid namizəd İctimai Palatanın tərkibindən seçilməli idi”

Milli Şuranın üzvü: “Vahid namizəd İctimai Palatanın tərkibindən seçilməli idi”
# 03 iyul 2013 08:36 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Milli Şura (MŞ) və İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü Rafiq Manaflı Milli Şuranın bu gün keçirilən iclasında Rüstəm İbrahimbəyovun namizədliyi məsələsində bitərəf mövqe tutmasının səbəblərini açıqlayarkən deyib.

O qeyd edib ki, müxalifətin vahid namizədi İctimai Palatadan seçilməli idi: “Mən müxalifətin vahid namizədinin İctimai Palatadan seçilməyinin tərəfdarı olmuşam və uzun müddət də bu istiqamətdə fəaliyyət göstərmişəm. Seçki bir marafondur. Biz İctimai Palatada liderləri tanıyırıq və bilirik ki, onlar bu yolu sona qədər gedəcək. Təəssüflər olsun ki, vahid namizəd İctimai Palatadan olmadı və məsələ bu nöqtəyə gəlib çıxdı”.

R. Manaflı bildirib ki, R. İbrahimbəyovun iki illik keçid dövrü üçün namizədliyinin irəli sürülməsi və namizəd qarşısında qoyulan öhdəliklər düzgün deyil: “Əvvəl deyilir ki, Rüstəm İbrahimbəyovla internetlə, telefonla, skaypla danışılıb, sənədlər təqdim olunub və təsdiqlənib. Amma bu iki il ərzində hər şey siyasi islahatlarla bitmir ki. Dövlət idarə olunmalıdır. Bütün bunlar hamısı müzakirə olunmalı idi. Buna görə də mən Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləmədim. Hələ mətbuata açıqlamaq istəmədiyim başqa səbəblər də var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR