Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin rəisi: «Azərbaycanda tikinti obyektlərinin istifadəsində problemlər var» - VİDEO

Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin rəisi: «Azərbaycanda tikinti obyektlərinin istifadəsində problemlər var» - <span style="color: red;">VİDEO
# 17 mart 2014 08:25 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda «Sahibkarlığın Azərbaycan iqtisadiyyatdakı rolu: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyi Tikintidə təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib.


Onun sözlərinə görə, bunlardan biri binaların tikintisində ara məsafələrinin nəzərə alınmaması ilə bağlıdır. Artıq Azərbaycanda Şəhərsalma və Tikinti Məcəlləsi hazırlanıb və bütün bu problemlərin həlli yolları bu Məcəllədə öz əksini tapacaq.


Agentliyin rəhbəri bildirib ki, tikinti üçün icazələrin alınması prosesinin sadələşdirilməsi Şəhərsalma və Tikinti Məcəlləsində də bir müddəada nəzərdə tutulub: «Bu məcəllədə icazələrin alınması tələb olunmayan tikinti obyektlərinin istismara verilməsi və istismara qəbul olunması məsələləri də əksini tapacaq».


C.Xanlarov deyib ki, Şəhərsalma və Tikinti Məcəlləsinin hər bir müddəası işlənərək artıq hökumətə təqdim edilib.


Qeyd edək ki, «Ölkə iqtisadiyyatının inkişafında sahibkarlığın rolu: nailiyyətlər və perspektivlər» mövzusunda keçirilən tədbirin təşkilatçıları İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Sahibkarlar Konfederasiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR