Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olub

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olub
# 05 iyun 2014 15:06 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yeni Azərbaycan cizgi filmlərinin nümayişi olub.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, cizgi filmlərinin nümayişində Daşkənddəki orta məktəblərin, türk liseyinin şagirdləri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfirliyi, Türkiyənin Özbəkistandakı səfirliyi, Özbəkistanın Respublika Uşaq Kitabxanasının nümayəndələri və uşaq yazıçıları iştirak ediblər. Tədbir çərçivəsində Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan uşaq jurnallarının və kitablarının sərgisi olub.

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, Özbəkistandakı Türkiyə səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Cihan Varlıq və başqaları çıxış edərək, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsini yüksək qiymətləndirib, cizgi filmlərinin uşaqların özlərini dərk etməsinə, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malik olduğunu bildiriblər.

Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki rəqs kollektivinin üzvləri Azərbaycan rəqsləri ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR