Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi Bakıda qeyd olunub - FOTO

Rumıniyanın NATO-ya üzvlüyünün 10 illiyi Bakıda qeyd olunub - <span style="color: red;">FOTO
# 02 aprel 2014 17:37 (UTC +04:00)

APA nın məlumatına görə, tədbirdə qonaqları salamlayan Rumınıyanın ölkəmizdəki səfiri Daniel Çiobanu bildirib ki, Rumınıya NATO-da həm Avropa, həm də bütün dünya ölkələri ilə əməkdaşlıga xüsusi diqqət edir: "Bu nöqtəyi nəzərdən Azərbaycan Ruminıya üçün xususi əhəmiyyət kəsb edir. Azərbaycan NATO üçün strateji tərəfdaşdır", - deyə səfir bildirib.

Səfir Azərbaycanın Әfqanistanda verdiyi töhvəsinə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, Sülh Naminə Tərəfdaşlıq çərçivəsində genış əməkdaşlıgımız mövcüddur.

D.Çiobanu, həmçinin, enerjı təhlükəsizliyi sahəsindəki əməkdaşlığı da vurğulayıb: "Ümid edirəm ki, gələcək illərdə mövcud olan əlaqələr daha da inkişaf edəcək".

Səfir bu il sentyabrda keçiriləcək NATO sammiti barədə xatırladıb və Azərbaycanın bu tədbirdə çox vacib bir rol oynayacağına əmin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR