Azərbaycan Diplomatik Akademiyasında “Afrikada biznes imkanları” mövzusunda təqdimat keçirilib - VİDEO - FOTOSESSİYA

Azərbaycan Diplomatik Akademiyasında “Afrikada biznes imkanları” mövzusunda təqdimat keçirilib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 11 oktyabr 2013 09:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Afrikada biznes imkanları” mövzusunda təqdimat keçirilib.


APA-Economics”in məlumatına görə, təqdimat Afrika qtəsində yerləşən və iqtisadi baxımdan daha perspektivli 4 ölkəyə - Anqola, Namibiya, Botsvana və Cənubi Afrika Respublikasına həsr olunub.


Tədbirdə çıxış edən ADA-nın rektoru, professor Hafiz Paşayev bildirib ki, bu ilin may ayında ADA-nın Beynəlxalq münasibətlər kafedrasında təhsil alan bir qrup tələbə bu ölkələrə səfər edib və toplanmış məlumatlar əsasında müvafiq ölkə profilləri və buna uyğun olaraq Azərbaycanın həmin ölkələrdə potensial biznes imkanları dəyərləndirilib. nun sözlərinə görə, bunlar əsasən kənd təsərrüfatı, enerji, telekommunikasiya, inşaat, turizm kimi sahələrdir: “Bu layihə “Baghlan Group FZCO” tərəfindən maliyyələşdirilib və şərti olaraq “Go to Afrika” adlandırılıb”.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.


Azərbaycan Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının rəhbəri Məmməd Musayev isə bildirib ki, Azərbaycan digər ölkələr kimi, Afrika ölkələri ilə də əməkdaşlıqda maraqlıdır. O bu maraqlar çərçivəsində əməkdaşlığın inkişaf edəcəyinə ümid edib.


Daha sonra ADA-da təhsil alan yerli tələbələr, məzunlar, Anqola, Botsvana, Namibiya, Cənubi Afrikada magistr pilləsi üzrə təhsil alan tələbələr də proqram təqdimatları ilə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR