Azərbaycan BMT tərəfindən təşkil olunan “İllik Bazar”da iştirak edib - FOTO

Azərbaycan BMT tərəfindən təşkil olunan “İllik Bazar”da iştirak edib - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 06:53 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi noyabrın 19-da BMT tərəfindən təşkil edilmiş “İllik Bazar”da iştirak edib. Hər il ənənəvi olaraq BMT-nin Cenevrə şəhərindəki bölməsi – Millətlər Sarayında təşkil olunan “İllik Bazar”ın keçirilməsində məqsəd, ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsindən və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələrin verilməsindən ibarətdir.

Nümayəndəlikdən APA-ya verilən xəbərə görə, cari ildə keçirilən “İllik Bazar” “Uşaqlar naminə ittifaq” (United for children) şüarı altında təşkil edilib. Tədbirə Cenevrədə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş daimi nümayəndələr, BMT-nin Cenevrə Bölməsinin baş direktoru M. Moller, Cenevrə kantonunun və şəhərinin rəhbərləri, diplomatlar, İsveçrə ictimaiyyəti, İsveçrədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri və digər şəxslər iştirak qatılıb.

“İllik Bazar”da Azərbaycanın sərgi stendində ölkənin milli mədəniyyətini, maddi-mənəvi irsini, incəsənətini və adət-ənənələrini əks etdirən əşyalar nümayiş olunub, eyni zamanda Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab, jurnallar və xəritələr, eləcə də digər vəsaitlər iştirakçılara paylanıb. Sərgi stendində həmçinin Azərbaycan Diplomatik Akademiyasının təhsil proqramları haqqında məlumatlar tədbir iştirakçılarına təqdim olunub. Daimi Nümayəndəlik tərəfindən təşkil edilmiş sərgi stend və nümayiş edilmiş əşyalar qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Azərbaycan Respublikası hökuməti adından müvafiq maliyyə töhfəsi BMT-nin aidiyyəti xeyriyyə fonduna köçürülüb. Həmin maliyyə vəsaiti dünyanın müxtəlif yerlərində əlverişsiz şəraitdə olan uşaqların xeyrinə müxtəlif layihələrin həyata keçirilməsi üçün sərf olunacaq. Tədbirdən əldə olunmuş maliyyə vəsaitinin müəyyən hissəsinin Filippində baş vermiş Hayan qasırğasından zərər çəkmiş uşaqlara yardım edilməsi üçün sərf olunması nəzərdə tutulub.

“İllik Bazar”dan hər il toplanan təxminən 300 min İsveçrə frankı məbləğində vəsait dünyanın müxtəlif ölkələrində 100 minə yaxın uşağa yardım məqsədilə sərf olunur.

Növbəti “İllik Bazar”ın 2014-cü ilin noyabr ayında keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR