“Dördlər finalı”nın ilk iştirakçısı müəyyənləşib

 “Dördlər finalı”nın ilk iştirakçısı müəyyənləşib
# 22 noyabr 2013 11:23 (UTC +04:00)

Bakı – APA. Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nın ilk iştirakçısı məlum olub. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Dinamo” (Moskva) klubu elit-raundun II turundan sonra növbəti mərhələyə vəsiqəni təmin edib.

Şimallılar ardıcıl 2-ci qələbəsini qazanmaqla, qrup qalibi adını əldə ediblər. “Dinamo”nun yeganə vəsiqənin sahibi olmasının səbəb odur ki, 6 xalı olan Moskva təmsilçisi ən yaxın izləyicilərini məğlub edib. Son turda xala həsrət Sloveniya “Litija”sı ilə görüşəcək rusiyalılar uduzsa belə, Serbiya “Ekonomak”ı ilə Slovakiya “Slov-Matik”inin qarşılaşacağı digər cütdə qalib gələn komanda şəxsi oyundakı məğlubiyyətə görə 1-ci ola bilməyəcək.

Qeyd edək ki, Azərbaycan çempionu “Araz” elit-raundun Portuqaliyada mübarizə aparan D qrupunda çıxış edir. Təmsilçimiz “Dördlər” finalı”nda “Dinamo”ya rəqib olmaq üçün Macarıstan “Qyori ETO”su və Portuqaliya “Sportinq”i ilə görüşlərdə də uğurlu nəticə qazanmalıdır. Naxçıvan təmsilçisi bunu bacarsa, həlledici oyunların Bakıda keçirilməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR