AMEA-da kadr dəyişiklikləri olub

AMEA-da kadr dəyişiklikləri olub
# 17 oktyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. AMEA Rəyasət Heyətinin iclasında Mərkəzi Aparatda və onun tabeliyində olan qurumlarda kargüzarlıq sahəsində mövcud nöqsanların aradan qaldırılması barədə təkliflər verilib.

APA-nın xəbərinə görə, bununla yanaşı, işin daha da təkmilləşdirilməsi, vahid sistem və formaya uyğunlaşdırılması üçün vahid normaları özündə cəmləşdirən sənədin olması zərurətinin yarandığı qeyd olunub.

Bununla bağlı hazırlanan Təlimat Rəyasət Heyəti tərəfindən qəbul olunub.

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Kamal Abdullanın çıxışı əsasında “Mirzə Fətəli Axundzadə Ensiklopediyası”nın hazırlanmasına dair redaksiya heyətinin tərkibi təsdiq edilib. Həmçinin, Milli Azərbaycan Tarixi Muzeyi, Ədəbiyyat və Folklor institutlarının Elmi şuralarının tərkibində qismən dəyişiklik olunub.

Daha sonra, iclasda Rəyasət Heyəti Mərkəzi aparatının Təhsil və kadrlar şöbəsinin rəisi Sara Əfəndiyeva çoxillik səmərəli əmək fəaliyyəti nəzərə alınaraq, həmçinin 80 illik yubileyi ilə əlaqədar olaraq AMEA-nın Fəxri Fərmanı ilə təltif edilib.

AMEA prezidentinin müşaviri Rəhim Hüseynovun tutduğu vəzifədə qalmaqla Rəyasət Heyəti Mərkəzi aparatının İnnovasiya şöbəsinin rəisi vəzifəsinə təyin edildiyi açıqlanıb.

Mərkəzi aparatın Beynəlxalq əlaqələr idarəsinin rəisi, professor Ədalət Həsənovun vəzifəsindən azad edildiyi elan olunub. Bu vəzifəyə Geologiya İnstitutunun aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Qulam Babayevin təyin edildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR