Azərbaycanın yüngül sənaye müəssisələrində məhsulların 11%-i satılmamış qalıb

Azərbaycanın yüngül sənaye müəssisələrində məhsulların 11%-i satılmamış qalıb
# 29 dekabr 2013 11:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toxuculuq, geyim, dəri, dəridən məmulatlar və ayaqqabı istehsalı sahələri üzrə 85,9 mln. manatlıq məhsul istehsal edilib.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu sahələr üzrə ixtisaslaşan müəssisələr tərəfindən əsas növ məhsul kimi 8,8 min ton pambıq lifi, 14,2 min ton pambıq iplik, 445,1 min kv. metr pambıq parça, 4,5 mln. cüt corab məmulatları, 274,7 min cüt üstü dəridən olan ayaqqabılar və s. istehsal edilib.

Bu ilin dekabrın 1-nə sahə müəssisələrinin anbarlarında 29,8 mln. manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 11%-i qədər hazır məhsul qalığı mövcud olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR