Ötən ay Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb

 Ötən ay Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri bahalaşıb
# 15 yanvar 2014 13:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4%, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,6%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,7% bahalaşıb, çox illik bitkilərin istehsalçı qiymətləri isə 1,8% ucuzlaşıb.

«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9%, qarğıdalının 5,0% ucuzlaşıb, arpanın 1,2%, lobya dəninin 2,2%, kartofun 3,5%, baş soğanın 2,9%, baş sarımsağın 0,2%, göyərtilərin 0,7%, quru otun 1,4%, yoncanın istehsalçı qiymətləri isə 0,8% bahalaşıb.

Çoxillik bitkilərdən armudun istehsalçı qiymətləri 11,6%, narın 0,5%, feyxoanın 8,7%, şabalıdın 9,1%, qozun 3,7%, fındığın istehsalçı qiymətləri 1,5% bahalaşıb, limonun 8,5%, portağalın 12,7%, naringinin istehsalçı qiymətləri isə 17,5% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından diri qoyun və keçilərin istehsalçı qiymətləri 0,2%, qoyun ətinin (diri çəkidə) 0,3%, təbii balın 0,3% ucuzlaşıb, südün 1,1%, quş ətinin (diri çəkidə) 0,3%, yumurtanın istehsalçı qiymətləri isə 6,5% bahalaşıb.

Ay ərzində balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 1,6% bahalaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR