Fransa erməniləri Fransua Ollandın Türkiyəyə rəsmi səfərinə etiraz olaraq nümayişlər keçirəcək

Fransa erməniləri Fransua Ollandın Türkiyəyə rəsmi səfərinə etiraz olaraq nümayişlər keçirəcək
# 16 yanvar 2014 12:26 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Fransa prezidenti Fransua Ollandın Türkiyəyə rəsmi səfəri və Türkiyənin Avropa İttifaqına qəbulu ilə bağlı danışıqların bərpasına etiraz olaraq Fransada yaşayan ermənilər yanvarın 25-26-da ölkənin müxtəlif şəhərlərində nümayişlər keçirəcək.

Bu barədə APA “Nouvelles d`Armenie” saytına istinadən məlumat yayıb.

Türkiyənin Avropa İttifaqına qəbuluna qarşı etiraz aksiyası yanvarın 26-da Parisdə Trokadero meydanında baş tutacaq. Yanvarın 25-də Lion və Marseldə prefektura binaları qarşısında, yanvarın 26-da isə Monpelyedə yerli prefektura önündə aksiyalar keçiriləcək.

Fransa-erməni təşkilatının plakatında aksiya “Bu Türkiyənin Avropaya qəbuluna qarşı nümayiş” adlandırıb, həmçinin “Mübarizə davam edir” sözləri yazılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR