İspaniya Azərbaycanın notasına cavab verməyib

İspaniya Azərbaycanın notasına cavab verməyib
# 06 fevral 2014 14:06 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ermənilərin Madriddə keçirilən “Fitur” turizm sərgisində törətdiyi təxribatla bağlı Azərbaycanın İspaniya tərəfinə göndərdiyi notaya hələlik cavab gəlməyib. Bunu APA-ya Azərbaycanın İspaniyadakı səfirliyinin 1-ci katibi Günay Ramazanova deyib. O bildirib ki, səfir Altay Əfəndiyev bu məsələni yerli mətbuatda qaldırmağı planlaşdırır: “Normalda cavab bir-iki həftəyə gəlir. Biz hələlik gözləyirik”.

Qeyd edək ki, yanvarın 22-26-da Madriddə keçirilən “Fitur” sərgisində iştirak edən Ermənistanın turizm şirkətləri təşkilatçılarla razılaşdırmadan öz pavilyonlarında Dağlıq Qarabağ stendi quraşdırıblar. Bununla bağlı Azərbaycan tərəfi təşkilatçılara öz etirazını bildirib və İspaniya XİN-ə nota göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR