Ağdaşda 4 otaqlı ev yanıb

Ağdaşda 4 otaqlı ev yanıb
# 17 noyabr 2013 17:34 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov-APA. Ağdaş rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Rayon yanğından mühafizə hissəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saat 10:30 radələrində Ağdaş şəhərinin Səbuhi Səlimoğlu küçəsində qeydə alınıb.

Şəhər sakini, 1946-cı il təvəllüdlü Baxışova Raya Bədrəddin qızına məxsus ümumi sahəsi 220 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində evin 100 kvadratmetrlik iki otağı içərisindəki əşyalarla birgə, eləcə də dam örtüyü yanaraq yararsız hala düşüb. Evin qalan hissəsi və ona yaxın olan fərdi yaşayış evləri yanğından mühafizə edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR