DSX-də Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilib - VİDEO

DSX-də Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans keçirilib - <span style="color: red;">VİDEO
# 07 may 2014 10:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin (DSX) aparatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Konfransda H. Əliyevin tarixi uzaqgörənliyi sayəsində Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin formalaşdırılması və Azərbaycan xalqının müstəqillik arzusuna çatması istiqamətində tarixi xidmətləri geniş işıqlandırılıb.

Konfrans çərçivəsində Milli Məclisinin deputatı Musa Qasımlının “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti”, DSX rəisinin şəxsi heyət üzrə müavini, general-mayor Azad Ələkbərovun “Heydər Əliyev milli sərhəd mühafizəsi strategiyasının banisidir” mövzularında məruzələri dinlənilib.

Çıxışlarda H. Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinin formalaşdırılması və inkişafındakı xidmətləri, DSX-ni yaratmaqla Azərbaycan dövlətinin öz sərhədlərini müstəqil mühafizə etmək qətiyyətini və imkanlarını nümayiş etdirməsini, DSX-nin illik hesabatlarını şəxsən qəbul edərək sərhədçilərlə keçirdiyi görüşlərdə milli sərhəd siyasətinin formalaşdırması, dövlət sərhədlərinin mühafizəsi strategiyasını müəyyən etməsi xüsusi qeyd olunub.

Konfransın sonunda H. Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

H. Əliyevin anadan olmasının 91-ci ildönümü ərəfəsində təsdiq olunmuş tədbirlər planına əsasən Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində xatirə konfransları, tematik axşamlar, disputlar keçirilib, onun həyat və fəaliyyəti barədə filmlər şəxsi heyətə nümayiş etdirilib, sərhədçilərin Heydər Əliyev mərkəzlərinə ekskursiyaları təşkil olunub.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR