Qız Qalasının nə zaman açılacağına aydınlıq gətirilib

Qız Qalasının nə zaman açılacağına aydınlıq gətirilib
# 25 dekabr 2013 10:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi bərpa və konservasiya işlərindən sonra Qız Qalasının nə zaman açılacağına aydınlıq gətirib.

APA-nın xəbərinə görə, idarənin rəisi Samir Nuriyev jurnalistlərə açıqlamasında bildirib ki, Qız qalasının bərpası və konservasiyası layihəsi, planlaşdırıldığı kimi, bu ilin oktyabr ayında başa çatıb.

Onun sözlərinə görə, həmin aydan başlayaraq Qız Qalasının daxilində yeni muzey-ekspedisiyanın qurulması işlərinə başlanılıb: “Orada informasiya texnologiyalarından istifadə olunur, yeni proqramlar yüklənir və son tamamlama işləri gedir. Artıq işlər yekunlaşmaq üzrədir. Qız Qalasının açılışının dəqiq nə zaman olacağı hələ ki məlum deyil. Bu barədə dəqiq məlum olduqda məlumat veriləcək. Onu deyə bilərik ki, bu tarixə çox az qalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR