Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib

Şamaxıda piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
# 08 dekabr 2013 18:21 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Şamaxı Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Göylər kəndində qeydə alınıb. Çaylı kənd sakini Xamis Cəfərov idarə etdiyi “Opel” markalı minik maşını ilə yolu keçən piyadanı-Göylər kənd sakini, 1989-cu il təvəllüdlü Rəsulov İqbal Nuşirəvan oğlunu vurub.

İqbal Rəsulov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR