Türkiyədə həbs olunan jurnalist buraxılıb

Türkiyədə həbs olunan jurnalist buraxılıb
# 29 mart 2014 11:24 (UTC +04:00)

Bakı – APA. Türkiyədə polis tərəfindən saxlanılan jurnalist-yazar Öndər Aytaç azadlığa buraxılıb. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, casusluq ittihamı ilə aparılan istintaq çərçivəsində saxlanılan Ö. Aytaç ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Ö. Aytaç martın 26-da “Samanyolu” telekanalında çıxışında seçki ərəfəsində Türkiyə hökumətinin Suriyaya hərbi müdaxilə etməyə hazırlaşdığını bildirib. Bu çıxışdan bir qədər sonra internetdə gizli səs yazısı yayılıb. Səs yazısından aydın olur ki, xarici işlər naziri Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firudin Sinirlioğlu, Milli İstihbarat (kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan və Silahlı Qüvvələrin Baş Qərargahının 2-ci rəisi Yaşar Gülər gizli toplantıda Suriyaya hərbi müdaxilə üçün səbəb tapılması məsələsini müzakirə edirlər. H. Fidan hərbi müdaxiləyə əsas yaratmaq məqsədilə lazım olsa Suriyaya adamlar göndərib Türkiyə ərazisinə raket atdıra biləcəyini, eyni zamanda Suriyadakı Türkiyə ərazisi sayılan Süleyman Şah Türbəsinə hücum təşkil edə biləcəyini deyir. (Süleyman Şah Osmanlı dövlətinin qurucusu Osman Qazinin babası olub. Onun məzarı hazırda Suriyada olsa da, həmin məzarın yerləşdiyi türbə Türkiyə ərazisi sayılır və türk əsgərləri tərəfindən qorunur).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR