Nigeriyada ən azı 20 qadın oğurlanıb

Nigeriyada ən azı 20 qadın oğurlanıb
# 10 iyun 2014 03:04 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hərbi geyimli silahlı şəxslər qadınları avtofurqonlara mindirərək naməlum istiqamətə aparıblar.

Yerli hakimiyyət orqanları faktla bağlı araşdırma aparır. Nigeriya ordusunun nümayəndələri isə insidentdən xəbərsiz olduqlarını bildiriblər.

Xatırladaq ki, apreldə Nigeriyanın şimalında “Boko Haram” radikal dini qruplaşmasının üzvləri məktəbə hücum edərək 200-dən çox məktəbli qızı girov götürüb. ABŞ və digər ölkələr qızların axtarışına kömək məqsədi ilə kəşfiyyat və hərbi mütəxəssisləri Nigeryaya göndərib.

Məlum olduğu kimi, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR