“Gürcü Arzusu” Marneulidə öz namizədini geri götürüb

“Gürcü Arzusu” Marneulidə öz namizədini geri götürüb
# 13 iyun 2014 01:53 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanın iqtidar partiyası olan “Gürcü Arzusu” azərbaycanlıların kompakt yaşadığı Marneulidə öz namizədini geri götürüb. APA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu gün koalisiyanın siyasi şurası belə qərar qəbul edib. Məlumata görə, iqtidar ona görə belə addım atıb ki, Marneulidə gürcü və azərbaycanlıların arasında etnik zəmində qarşıdurma yaranmasın. İqtidar partiyası irəli sürdüyü gürcü namizədini hazırda müxalifətdən olan iki azərbaycanlı namizədin xeyrinə geri götürüb. Koalisiyanın bəyanatında bildirilib: “Biz müxalifətə imkan vermərik ki, bu faktdan istifadə edib iki xalq arasında gərginlik yaratsın. Buna görə də öz namizədimizi geri götürürük”.

“Gürcü Arzusu” illərlə formalaşmış təcürbədən kənara cıxdıqlarını və hakimiyyətdə olan rəhbərlərin qəbul etdikləri qərarın dövlət maraqlarından üstün hesab olunduğunu bildirib: “Bu isə ölkə ictimaiyyətində aşağı səviyyəli siyasi mədəniyyətin formalaşmasına gətirib çıxarırdı. Bizim hakimiyyət ücün əsas dövlət maraqlarının üstün tutulması və bununla cəmiyyətdə razılığa nail olmaq və yüksək səviyyəli siyasi mədəniyyətin formalaşdırılmasıdır”, bəyanatda qeyd edilib.

Qeyd edək ki, bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili də “Gürcü Arzusu”nun bəyanatına münasibət bildirib: "Mənim komandamın hər bir hərəkəti və bəyanatı dövlət maraqlarını qorumağa və gücləndirməyə yönəldilib”, baş nazir qeyd edib.

İ. Qaribaşvilinin sözlərinə görə, hakimiyyət nümayəndələrinin hər bir sözü yüz ölçülüb, sonra dövlətçiliyin gücləndirilməsinə istiqamətləndirilib.

Baş nazir şərhində müxalifətin nə düşündüyü ilə maraqlanmadığını,əhalinin nə düşündüyü ona əsas olduğunu bildirib: “Məni müxalifətin nə düşündüyü az maraqlandırır. Ən başlıcası, əhali nə düşünür. Məni bu maraqlandırır. Biz hamımız ölkəni necə güclü etməyi düşünürük və seçicilər qarşısında məsuliyyətli olmalıyıq”, Qaribaşvili bildirib.

Xatırladaq ki, “Gürcü Arzusu” öz namizədini geri götürdükdən sonra 15 iyun yerli özünüidarəetmə seçkisində Marneuli icra başçısı vəzifəsi uğrunda “Vahid Milli Hərəkat” partiyasından Əhməd İmamquliyev və Nino Burcanadzenin rəhbərlik etdiyi “Vahid Gürcüstan” partiyasından namizədliyi irəli sürülən Rəşid Məmmədov arasında mübarizə gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR