Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi azalıb

Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi azalıb
# 17 iyun 2014 12:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 12 989 207.52 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11,78% azdır.

Bu ilin 5 ayı ərzində idxal əməliyyatları 3 509 880.37 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 19,46% azdır.

Belə ki, bu ilin yanvar-may aylarında ölkənin ixrac əməliyyatları üzrə 9 479 327.15 min dollar olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8,55% azdır.

Nəticədə 5 969 446,78 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 06% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR