Çində mədəndə baş vermiş partlayış nəticəsində 21 nəfər ölüb

Çində mədəndə baş vermiş partlayış nəticəsində 21 nəfər ölüb
# 14 dekabr 2013 18:24 (UTC +04:00)

Bakı-APA. Çinin qərbində yerləşən kömür mədənində baş vermiş partlayış nəticəsində azı 21 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, insidentlə bağlı rəsmi qurumlar hələlik heç bir açıqlama verməyib. Məlumata görə, partlayışa səbəb şaxtada yığılan qaz olub.

Agentlik bildirir ki, iyunda şaxtanın istismar qaydalarında aşkarlanmış pozuntulara görə mədənin fəaliyyətinin dayandırması barədə göstəriş verilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR