Xaçmazda baş verən yol qəzasında bir nəfər ölüb, biri hərbçi olmaqla üç nəfər xəsarət alıb - VİDEO

Xaçmazda baş verən yol qəzasında bir nəfər ölüb, biri hərbçi olmaqla üç nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 14 iyun 2014 13:24 (UTC +04:00)

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz - Niyazabad yolunun 10-cu kilometrliyində qeydə alınıb. Xaçmaz rayon sakini, 1974-cü il təvəllüdlü Ceyhun Ağayar oğlu Quliyevin idarə etdiyi 90 AU 754 dövlət nömrə nişanlı, “Chevrolet” markalı avtomaşınla “Opel” markalı 10 NM 613 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində “Opel”-in sərnişini Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının (MRX) Niyazabad kənd həkim məntəqəsinin feldşeri Müqəddəs Müntaha oğlu Tahayev hadisə yerində dünyasını dəyişib.

Daha 3 nəfər isə müxtəlif bədən xəsarətləri ilə Xaçmaz MRX-na yerləşdirilib. Onlar “Chevrolet”-in sürücüsü C.Quliyev , “Opel”-in sürücüsü, 1968-ci il təvəllüdlü Əmrahov Fərhad Heydər oğlu və sərnişini, 1951-ci il təvəllüdlü Tahayeva Sürməxanım Naseh qızıdır. Xəsarət alanların vəziyyəti orta-ağırdır.

Qeyd edək ki, “Opel”-in sürücüsü F.Əmrahov Sərhəd Qoşunlarının “N” saylı hərbi hissəsinin giziridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR