Tərtərdə yük maşını aşıb

Tərtərdə yük maşını aşıb
# 16 may 2014 15:21 (UTC +04:00)

Tərtər. Teymur Zahidoğlu - APA. Tərtər rayonunda yük maşını yoldan çıxaraq su kanalına düşüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun “Dörd yol” adlanan ərazisində baş verib. Yaşayış məntəqəsində yüksək sürətlə hərəkət edən "Hyundai" markalı yük maşınının aşması nəticəsində sürücü Əliyev Səyyad Xasay oğlu xəsarət alıb. Onu Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR