Əhmədinejad İran prezidenti kimi son iftar yeməyini verib

Əhmədinejad İran prezidenti kimi son iftar yeməyini verib
# 11 iyul 2013 13:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Mahmud Əhmədinejad İran prezidenti kimi son iftar yeməyi verib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, M.Əhmədinejadın prezident vəzifəsinin son ilində və Ramazan ayının ilk günündə verdiyi iftar mərasimində orucunu Salman məscidində bir qrup yetim və kimsəsiz uşaqla birlikdə açıb.

Qeyd edək ki, M.Əhmədinejad 8 illik prezidentliyi dövründə hər il Ramazan ayının ilk günündə İmam Xomeyni İmdad Komitəsi ilə “Sağlam həyat” təşkilatının himayəsi altında olan yetim və kimsəsiz uşaqlar üçün iftar mərasimi təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR