İsveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş kitabının təqdimat mərasimi keçirilib - FOTO

İsveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş kitabının təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 18 iyun 2013 08:47 (UTC +04:00)

Bakı – APA. İsveçrənin Aarau şəhərində isveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan münaqişəsinə həsr edilmiş "Unudulmuş münaqişə" adlı kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, mərasimdə İsveçrə ictimaiyyətinin, Azərbaycan səfirliyinin və bu ölkədəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən müəllif A.Vidmer bu kitabı 2008-ci ildən etibarən Azərbaycanın işğal altındakı ərazilərinə səfərləri, eləcə də münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanlarla görüşləri nəticəsində aparılmış jurnalist araşdırmasının yekunu olaraq xarakterizə edib.

"Unudulmuş münaqişə" adlı kitabda isveçrəli jurnalist Ermənistan-Azərbaycan münaqişəsinin tarixçəsi, münaqişə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın yaşadıqları qaçqın və məcburi köçkün həyatının çətinlikləri, təcavüzkar Ermənistan tərəfindən Xocalıda törədilmiş soyqırıma, işğal altındakı ərazilərimizdə törədilən vəhşiliklər, tarixi-mədəni irsimizin məhv edilməsi, işğal altındakı ərazilərimizin qeyri-qanuni məskunlaşdırılmasına tutarlı dəlillərə əsaslanaraq, ədalətli qiymət verir və oxucuya münaqişə ilə bağlı düzgün informasiya çatdırmağa çalışır.

Alman və ingilis dillərində çap edilmiş kitabda işğal edilmiş Azərbaycan ərazilərində, xüsusilə Şuşa və Ağdamda ermənilər tərəfindən tarixi, mədəni və dini abidələrimizə qarşı törədilmiş vandallıq aktları ilə bağlı müəllif tərəfindən şəxsən çəkilmiş xeyli sayda fotoşəkillər də geniş şəkildə yer alır.

Qeyd edək ki, isveçrəli jurnalist Andre Vidmerin bu günədək İsveçrə və Almaniyanın müxtəlif qəzetlərində Ermənistan-Azərbaycan münaqişəsinə dair xeyli sayda məqaləsi dərc olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR