«Bank Respublika»nın yeni filialı açılıb

«Bank Respublika»nın yeni filialı açılıb
# 17 sentyabr 2013 09:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC müştərilərə xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə yeni «Badamdar» filialını açıb.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, filial Yeni Yasamal yaşayış sahəsi, Xarici Dairəvi yol,4 ünvanında (avtomobil bazarının sahəsində) fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri göstərir.

Filial əhaliyə, şirkətlərə və təşkilatlara müxtəlif bank xidmətləri təklif edir. Avtomobil bazarının müştərilərinin tələbatları ödəmək məqsədilə bu xidmətlər sırasında olan avtomobil kreditlərinə xüsusi önəm verilir. Avtomobil bazarının müştəriləri həm yeni, həm də istismarda olan avtomobilləri sərfəli kredit şərtləri ilə əldə edə bilərlər.

Yeni filialda həmçinin hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak, ipoteka və biznes kreditləri, depozitlər, plastik kartlar, təcili pul köçürmələri və sair bank xidmətlər təklif olunur.

Bankın xidmət şəbəkəsi: http://www.bankrespublika.az/az/service-network/branches/.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR