Azərbaycan ərazisində iyul ayına olan hava proqnozu açıqlanıb - VİDEO

Azərbaycan ərazisində iyul ayına olan hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 27 iyun 2014 09:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. İyul ayında orta aylıq temperaturun birinci ongünlükdə iqlim normasından bir qədər yüksək, ikinci ongünlükdə normaya yaxın, bəzi günlərdə isə normadan bir qədər aşağı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyul ayı ərzində tez-tez şimal küləyinin güclənəcəyi ehtimalı var.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olaq.

Bakı və Abşeron yarımadasında orta aylıq temperaturun 26-28 dərəcə isti (gecələr 21-25, gündüzlər 28-33, bəzi günlərdə 35-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 2-3 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 19-24, gündüzlər 31-36, bəzi günlərdə 38-40 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 6-16 mm) olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 18-23 dərəcə isti (gecələr 13-18, gündüzlər 24-29, bəzi günlərdə 30-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 36-73 mm) olacaq.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 25-27 dərəcə isti (gecələr 18-23, gündüzlər 29-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 10-32 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti (gecələr 16-21, gündüzlər 28-33, bəzi günlərdə 34-36 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 9-118 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-29 dərəcə isti (gecələr 21-26, gündüzlər 32-37, bəzi günlərdə 40 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 3-22 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 22-26 dərəcə isti (gecələr 20-25, gündüzlər 29-34, bəzi günlərdə 36-38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 7-33 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR