AŞPA-da Avropa Şurasının baş katibi vəzifəsinə namizədlərlə tanışlıq toplantısı keçirilib

AŞPA-da Avropa Şurasının baş katibi vəzifəsinə namizədlərlə tanışlıq toplantısı keçirilib
# 30 yanvar 2014 16:47 (UTC +04:00)

APA-nın Avropa müxbirinin xəbərinə görə, bu komitənin iclası assambleyanın hər sessiyasının dördüncü günü keçirilir və Avropa Şurasının iki əsas orqanı olan PA və NK-nin nümayəndələri arasında təşkilatın cari məsələləri və perspektivləri müzakirə edilir. Bugünkü iclas Avropa Şurasının baş katibi postuna namizədlikləri irəli sürülmüş 3 nəfərlə tanışlıq məqsədi daşıyıb.

Təşkilatın proseduruna əsasən baş katibliyə namizədlər rəsmən öz namizədlikləri haqda qərarlarını ötən ilin 15 dekabrına kimi Avropa Şurasının baş katibinə bildirməli idilər. Hazırda bu vəzifəyə 3 namizəd var: Avropa Şurasının hazırkı baş katibi, norveçli Tyorbörn Yaqland, AŞPA-nın sabiq sədri, fransalı Jan-Klod Minyon və Almaniyanın sabiq ədliyyə naziri, xanim Sabin Löythöyzer-Şnarrenberger. Hər üç namizəd öz dövlətləri tərəfindən irəli sürülüblər. Bunlardan hansının rəsmən namizəd kimi təsdiq olunması haqda qərarı Nazirlər Komitəsi verəcək. Bu məsələ ilə bağlı qurum ilk toplantısını bu ilin 18 fevralında keçirəcək və daha sonra keçirəcəyi 21 fevral toplantısında qəbul etdiyi namizədləri təsdiqlədikdən sonra onları AŞPA-nın Bürosuna göndərəcək.

Xatırladaq ki, bu ilin iyun ayında, AŞPA-nın yay sessiyası zaman keçiriləcək baş katib seçkisi Azərbaycanın AŞ NK-ya sədrliyi dövrünə təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR