Ukraynada separatçılar iki jurnalisti saxlayıblar

Ukraynada separatçılar iki jurnalisti saxlayıblar
# 02 iyul 2014 11:13 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Ukraynada separatçılar iki jurnalisti saxlayıblar.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, “Luqansk Xalq Respublikası”nın separatçıları “Xromadsk TV”nin jurnalisti Anastasiya Stanko və operator İlya Bezkorovaynovu tutublar.

Jurnalistlər Ukrayna ordusuna casusluq etməkdə günahlandırılırlar.


A. Stanko telefon söhbəti zamanı yaxınlarına deyib ki, o, operatorla birlikdə Luqanskda bir evin zirzəmisində saxlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR