Türkiyəli professorlardan ibarət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - FOTO

Türkiyəli professorlardan ibarət nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 28 oktyabr 2013 07:53 (UTC +04:00)

Bakı - APA-Economics. Türkiyənin “Mühəndislik Eğitim Proqramları Değerlendirme ve Akreditasyon Derneği”nin (MÜDEK) İdarə Heyətinin rəhbəri Erbil Payzın, MÜDEK-in təsisçi rəhbəri Bülent Platin, Fatih Universitetinin Mühəndislik fakültəsinin dekanı, professor Cevdet Meriç, Qafqaz Universitetinin rektoru, professor Ahmet Sanıç və Qafqaz Universitetinin prorektoru Şahin Durmaz Bakı Ali Neft Məktəbində (BANM) olublar.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, rektor Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və perspektivləri haqqında qonaqlara ətraflı məlumat verib.

E.Qasımov qeyd edib ki, Azərbaycan dünyada ilk neft çıxaran ölkədir və bu gün də neft-qaz və kimya sənayesi ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayır. Bu baxımdan beynəlxalq standartlara cavab verən tədris metodları ilə savadlı mühəndis kadrların yetişdirilməsi qarşıya qoyulmuş ən önəmli məsələlərdəndir. E.Qasımov prezident İlham Əliyevin başçılığı ilə ölkədə təhsil sahəsində həyat keçirilən islahatlar haqqında ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycanda beynəlxalq standartlara uyğun şəkildə aparılan islahatların və görülən işlərin miqyası ildən-ilə genişlənir: “Bu gün ölkəmizdə təhsil sahəsində aparılan ən önəmli istiqamət ondan ibrətdir ki, biz dünyanın aparıcı ölkələrinin təhsil sisteminə uyğun şəkildə öz tədris sistemimizi qururuq və əsas məqsədimiz müasir standartlara cavab verən yüksək ixtisaslı kadrlar yetişdirməkdir. Bunun uçun biz artıq dünyanın mühəndislik sahəsində bir çox tanınmış universitetləri ilə əməkdaşlıq edirik və tədrisimizi onların tədris proqramları əsasında formalaşdırırıq”.

Qardaş Türkiyə dövlətinin təhsil sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirən E.Qasımov bildirib ki, BANM üçün Türkiyə təhsil müəssisələrinin təcrübələrindən yararlanmaq önəmli məsələdir.

Görüşdə iştirak edən MÜDEK-in İdarə Heyətinin rəhbəri Erbil Payzın bildirib ki, Azərbaycan və Türkiyə qardaş və dost dövlətlər olmaqla yanaşı, eyni zamanda bütün sahələrdə ən yaxın müttəfiq dövlətlərdir. O, bütün sahələrdə günü-gündən inkişaf edən Azərbaycanda beynəlxalq standartlara cavab verən belə bir ali məktəblərin yaradılmasının sevindirici hal olduğunu qeyd edərək, BANM ilə müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə və öz təcrübi biliklərini paylaşmağa hazır olduqlarını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR