ABŞ Suriyanın BMT-dəki daimi nümayəndəsinin ölkə ərazisində hərəkətini tamamilə məhdudlaşdırıb

ABŞ Suriyanın BMT-dəki daimi nümayəndəsinin ölkə ərazisində hərəkətini tamamilə məhdudlaşdırıb
# 06 mart 2014 16:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Suriyanın BMT-dəki daimi nümayəndəsinin bu ölkə ərazisində hərəkətini tamamilə məhdudlaşdırıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, bununla bağlı Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəriyə diplomatik məktub göndərilib: “Bu ilin fevralında Suriya səfirinə Nyu-York şəhərindən 40 km radiusdan artıq kənara çıxmağa icazə verilmədiyi bildirilib. Bu addımın atılmasına səbəb B.Cəfərinin son altı ayda ABŞ-da yaşayan suriyalı mühacirlər arasında vətəndaş qarşıdurmasına gətirib çıxaran bir sıra görüşlər, səfərlər həyata keçirməsi olub”.

C.Psaki deyib ki, indiyədək sanksiyalara məruz qalmış ölkələrlə bağlı belə bir addım atılmayıb.

Qeyd edək ki, ABŞ İran və Şimali Koreyanın BMT-dəki daimi nümayəndələrinə də bu cür məhdudiyyət tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR