Ağstafada yaşayış evində partlayış olub

Ağstafada yaşayış evində partlayış olub
# 28 oktyabr 2013 12:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağstafada yaşayış evində partlayış olub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 26-da qeydə alınıb.

Ağstafa rayonunun Xətai kənd sakini Şəbnəm Abbasova qaz sobası ilə ehtiyatsız davrandığından ani partlayış baş veribr.

Nəticədə yanıq xəsarəti alan Ş.Abbasova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR