Hindistanda beşmərtəbəli binanın uçması nəticəsində 60 nəfərin öldüyü açıqlanıb

Hindistanda beşmərtəbəli binanın uçması nəticəsində 60 nəfərin öldüyü açıqlanıb
# 29 sentyabr 2013 11:01 (UTC +04:00)

APA-nın məlumatında görə, xilasetmə işləri sentyabrın 29-da yekunlaşıb, dağıntılar altından ümumilikdə 60 meyit çıxarılıb. Binanın uçması nəticəsində 33 nəfər xəsarət alıb. Xəsarət alanlardan bəzilərinin vəziyyəti ağırdır.

Qəzanın baş verməsi ilə əlaqədar aparılan istintaq çərçivəsində bir nəfər həbs olunub. Həbs olunan şəxs uçmuş binada otaqlar kirayələmiş şirkətlərdən birinin direktorudur.

Polisin məlumatına görə, o, ofisin planlamasında icazəsiz dəyişikliklər edib.

Mumbaidə beşmərtəbəli bina sentyabrın 27-də uçub. 1980-ci ildə inşa olunan binada 22 ailə yaşayıb. Hindistan hökuməti qəzanın səbəblərini hələlik rəsmi olaraq açıqlamayıb.

Qeyd edək ki, bu, 2013-cü ildə Mumbaidə baş verən ilk bina uçması deyil. Apreldə yeddimərtəbəli binanın uçması nəticəsində 74 nəfər, iyunda üçmərtəbəli binanın uçması nəticəsində 10 nəfər həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR