İranın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

İranın Azərbaycandakı səfiri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
# 30 may 2014 09:30 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır: “Münaqişə həm ədalətli şəkildə, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İstənilən qurum bu münaqişəni həll edə bilərsə, biz onu dəstəkləyərik. Eyni zamanda bizim özümüz də əlimizdən gələn köməyi etməyə hazırıq”.

İqtisadi əlaqələrdən danışan səfir bildirib ki, hazırda iki ölkə arasında ticarət, tranzit və enerji sahələri üzrə layihələr araşdırılır: “İranda aidiyyəti sektorlar üzrə məsul şəxslər və ekspertlər bu layihələr üzrə işləyirlər. Bu layihələr avqust ayında Bakıda keçiriləcək müştərək iqtisadi komissiyanın iclasında müzakirə olunacaq”.

Səfir qeyd edib ki, 4-5 iyun tarixlərində Bakıda keçiriləcək “XXI Beynəlxalq Neft və Qaz” konfransında İran Neft Nazirliyinin Xəzəryanı ölkələr üzrə Baş İdarəsinin müdiri Hüseyn İsmayıl başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək: “Gələn həftə isə İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin Qəbələdə keçiriləcək iclasında iştirak etmək məqsədilə İranın Böhran İdarəetməsi Təşkilatının sədri, daxili işlər nazirinin birinci müavini İsmayıl Nəccar Azərbaycana səfər edəcək”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR