«Dəmirbank»ın kredit portfeli bu il 9% artıb

«Dəmirbank»ın kredit portfeli bu il 9% artıb
# 16 dekabr 2013 14:10 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Dəmirbank» ASC-nin aktivləri 2013-cü il dekabrın 1-nə 391 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi bu ilin əvvəlindən 8,5% artaraq 310 mln. manatı keçib.

Bankdan «APA-Economics»-ə verilən məlumata görə, müştəri depozitlərinin həcmi 2013-cü il dekabrın 1-nə 179,3 mln. manata bərabər olub. Eyni zamanda, əhalinin əmanətləri isə 154,3 mln. manat təşkil edib ki, bu da illin əvvəlinə nisbətən 20,7% çoxdur.

Qeyd edək ki, bankın məcmu kapitalı hesabat dövrünə 57,4 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR