Azərbaycanın tədiyyə balansının müsbət saldosu 27% azalıb

 Azərbaycanın tədiyyə balansının müsbət saldosu 27% azalıb
# 11 dekabr 2013 14:11 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin yanvar-sentyabr aylarında da xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapital hesabına formalaşıb. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıq və xidmətlərin idxalını əks etdirir.

Nəticədə, 2013-cü ilin yanvar-sentyabr aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo 17,1 mlrd. dollar olub. Hesabat dövründə cari əməliyyatlar hesabında 9,3 mlrd. dollar məbləğində profisit yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 16,6 mlrd. dollar olub. Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 7,4 mlrd. dollar məbləğində olan kəsirini tam örtüb.

Tədiyyə balansının əsas göstəriciləri

(mln. dollar)

2012-ci il,

yanvar-sentyabr

2013-cü il,

yanvar-sentyabr

I.Cari əməliyyatlar

hesabının saldosu 11 518,2 9 249,9

Xarici ticarət balansı 17 506,0 15 408,1

Xidmətlər balansı - 2 377,4 - 3 151,0

Gəlirlər balansı - 3 431,5 - 3 052,0

- İnvestisiya gəlirlərinin repatriasiyası - 3 655,0 - 3 097,7

Cari transfertlər balansı - 178,9 51,4

II.Kapitalın və maliyyənin

hərəkəti hesabının saldosu - 7 039,9 - 5 054,6

- Azərbaycana cəlb olunmuş birbaşa

investisiyalar 3 972,7 4 631,8

- Xaricə yönəldilmiş birbaşa investisiyalar - 926,1 - 775,0

- İnvestisiyaların repatriasiyası - 2 176,1 - 2 663,2

Kreditlər və digər investisiyalar - 7 912,4 - 7 739,4

III.Tədiyə balansının

ümumi saldosu 4 478,3 3 291,1

Hesabat dövründə xarici ticarət dövriyyəsi 32,2 mlrd. dollar təşkil edib və, göründüyü kimi, xarici ticarət balansı 15,4 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Bu müddət ərzində Azərbaycanın 143 dövlətlə ticarət əlaqəci olub. Xarici ticarətin 9,5%-i MDB ölkələri, 90,5%-i isə digər xarici dövlətlərin payına düşüb.

Tədiyyə balansına əsasən, hesabat dövründə əmtəə ixracı 23,8 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 3,1% azdır. İxrac olunmuş malların strukturunda neft-qaz məhsullarının payı 94,7% olub. Xarici dövlətlərə 21,5 mlrd. dollarlıq neft məhsulları ixrac olunub, ixrac olunmuş neft məhsullarının 1,2 mlrd. dolları neft emalı məhsulları, 20,3 mlrd. dolları isə xam neft ixracının payına düşüb. İxrac olunmuş xam neftin 19,1 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir. İxrac olunmuş ümumi xam neftin 1,2 mlrd. dolları isə digər müəssisələr tərəfindən xaricə göndərilib ki, bunun da 120,8 mln. dolları «Şahdəniz» yatağından hasil edilmiş kondensatın, 1 015,5 mln. dolları isə ARDNŞ-in payına düşüb.

Qeyd edək ki, 2013-cü ilin yanvar-sentyabr aylarında ölkənin qeyri-neft ixracı 13,1% artaraq 1 265,5 mln. dollar təşkil edib.

(mln. dollar)

İxracın strukturu

2012-ci ilin 9 ayı

2013-cü ilin 9 ayı

Yanacaq-xammal məhsulları

23 882,5

22 923,0

- neft-qaz məhsulları

23 442,5

22 545,1

-digər xammal

440,0

377,9

Maşın və avadanlıq

60,6

214,7

İstehlak malları

596,2

651,3

Digər mallar

22,3

21,6

İxrac, cəmi

24 561,6

23 810,6

Göründüyü kimi, azalma neft-qaz məhsullarının ixracının azalması hesabına baş verib. Belə ki, ümumi ixracın azalması 751,0 mln. dollar təşkil etdiyi halda, neft-qaz məhsulları üzrə azalma 959,5 mln. dollara bərabər olub.

Hesabat dövründə Azərbaycanın əmtəə idxalının ümumi dəyəri 8,4 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 18,6% çoxdur. İstehlak mallarının idxalının ümumi dəyəri 3 292,1 mln. dollar olub ki, bunun da 1 025,5 mln. dolları ərzaq məhsullarının payına düşüb:

(mln. dollar)

İdxalın strukturu

2012-ci ilin 9 ayı

2013-cü ilin 9 ayı

İstehlak malları

3 067,6

3 292,1

- ərzaq məhsulları

873,0

1 025,5

- qeyri-ərzaq məhsulları

2 194,6

2 266,6

İnvestisiya yönümlü mallar

696,1

741,7

Digər mallar

3 321,9

4 368,7

İdxal, cəmi

7 085,6

8 402,5

Göründüyü kimi, istehlak mallarının idxalının artımı əsasən ərzaq məhsulları hesabına baş verib. Belə ki, istehlak mallarının idxalının ümumi artımı 224,5 mln. dollar təşkil etdiyi halda, ərzaq məhsulları üzrə artım 152,5 mln. dollar, qeyri-ərzaq məhsulları üzrə isə 72,0 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR