Dow Jones indeksi 1,0%, S&P 500 1,3%, Nasdaq 1,9% enib

Dow Jones indeksi 1,0%, S&P 500 1,3%, Nasdaq 1,9% enib
# 08 noyabr 2013 09:17 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 7-də Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 15 594 bəndədək, S&P 500 1,3% - 1 747 bəndədək, Nasdaq 1,9% - 3 857 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə III rübdə ÜDM-in artım tempinin proqnozdan (2%) daha çox olması (2,8%) təsir edib. Makroiqtisadi göstəricinin müsbət olmasına baxmayaraq, bu fakt investorlar arasında hökumət tərəfindən iqtisadiyyatın dəstəklənməsi proqramının tədricən bağlanması ehtimallarını artırır.

Avropa fond bazarlarında noyabrın 7-də FTSE 100 indeksi 0,6% - 6 701 bəndədək enib, Almaniya DAX-ı 0,7% - 9 101 bəndədək, Fransa CAC-40-ı isə 0,1% - 4 293 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 311,30 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3411 dollar (-0,8%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR